Renatlı “Hatayspor”dan və “Qalatasaray”dan inamlı qələbə
Türkiyə Super Liqasında 24-cü tura start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.
“Ankaragücü” – “Sivasspor” matçı qolsuz bitib. “Hatayspor” evdə “Fatih Karagümrük”ə qalib gəlib. Meydan sahiblərinin heyətində 90-cı dəqiqədə Azərbaycan millisinin hücumçusu Renat Dadaşova da şans verilib. Səfərdə “Samsunspor”la qarşılaşan “Qalatasaray” da turu inamlı qələbə ilə başa vurub.
Türkiyə Super Liqası
24-cü tur
2 fevral
Ankaragücü – Sivasspor 0:0
Hatayspor – Fatih Karagümrük 3:1
Qollar: Matondo, 41; 90+5. Strandberq, 51-pen = Lazanya, 86.
Samsunspor – Qalatasaray 0:2
Qollar: Nelsson, 5. B.A.Yılmaz, 11.
3 fevral
14:30. Rizəspor – Konyaspor
17:00. Başakşəhər – İstanbulspor
20:00. Antalyaspor – Fənərbaxça
20:00. Qaziantep – Kayserispor
4 fevral
14:30. Pendikspor – Adana Dəmirspor
17:00. Kasımpaşa – Alanyaspor
20:00. Beşiktaş – Trabzonspor
Bizi Facebook-da izləyin