Renatlı “Hatayspor” “Fənərbaxça” ilə bacarmadı
Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“Samsunspor” – “Başakşəhər” matçı qolsuz bitib. “Sivasspor” evdə “Kasımpaşa”ya uduzub. “İstanbulspor” isə “Ankaragücü” ilə ev oyunundan qalib ayrılıb.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun heyətində yer aldığı “Hatayspor” da səfərdə “Fənərbaxça”ya uduzub. Renat bu görüşdə 90 dəqiqə meydanda olub.
Türkiyə Super Liqası
9-cu tur
21 oktyabr
Kayserispor – Rizəspor 3:1
Qollar: Tiam, 31; 66-pen; 89-pen – Zeqiri, 70.
Qaziantep – Antalyaspor 1:0
Qol: Nkulu, 71.
Konyaspor – Pendikspor 1:2
Qollar: Moreno, 49 – E.Yardımcı, 64. Diabi, 88.
Qalatasaray – Beşiktaş 2:1
Qollar: İkardi, 26; 82-pen – Çemberleyn, 69.
22 oktyabr
Sivasspor – Kasımpaşa 0:1
Qol: İ.Qomis, 53.
İstanbulspor – Ankaragücü 2:1
Qollar: Traore, 12. E.Gültəkin, 62 – T.Cigerci, 24-pen.
Fənərbaxça – Hatayspor 4:2
Qollar: Şimanski, 7. Osayi-Samuel, 15. Dzeko, 39. İ.C.Kahveci, 63 – Gulam, 55. Aabib, 90+4.
Samsunspor – Başakşəhər 0:0
23 oktyabr
21:00. Fatih Karagümrük – Adana Dəmirspor
21:00. Trabzonspor – Alanyaspor
Bizi Facebook-da izləyin