Renatla Coşqun oynadılar, 1 xalla kifayətləndilər

Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.

Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Ümraniyəspor”la qarşılaşıb. 1:1 hesabıyla bitən matça start heyətdə başlamış Coşqun 69-cu dəqiqədə əvəzlənib.

Renat Dadaşovlu “Ankaragücü” də evdə “Adanaspor”la sülh bağlayıb – 0:0. Dadaşov 69-cu dəqiqədə meydana buraxılıb.

Vüsal İsgəndərlinin oynadığı “Boluspor” səfərdə “Ərzurumspor”la qarşılaşıb və 0:1 hesabıyla uduzub. Azərbaycanlı hücumçu bu matçın iştirakçısı olmayıb.

8 turdan sonra “Bandırmaspor” 12 xalla 8-ci, “Ankaragücü” 10 xalla 13-cü, “Boluspor” isə 9 xalla 16-cıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button