Renatın komandası uduzdu, “Fənərbaxça” qalib gəldi

Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün dörd görüş baş tutub.

“Qaziantep” evdə “Başakşəhər”ə uduzub. “Kayserispor” “Ankaragücü”nü, “Konyaspor” da “Hatayspor”u məğlub yola salıb. Qonaqların heyətində 71-ci dəqiqədən etibarən azərbaycanlı hücumçu Renat Dadaşov da meydana buraxılıb.

“Fənərbaxça” isə “Kasımpaşa” ilə ev oyununda çətin qələbəyə sevinib.

Türkiyə Super Liqası
27-ci tur

23 fevral

Samsunspor – Rizəspor 3:0
Qollar: Van Drongelen, 12. Holse, 54. Ntçam, 78-pen.

24 fevral

Kayserispor – Ankaragücü 3:2
Qollar: Nazon, 53. Janvye, 62. Mane, 90+3 – Bassoqoq, 45. E.Bekiroğlu, 45+4.

Qaziantep – Başakşəhər 0:2
Qollar: Pyontek, 60. Abeid, 90+8.

Fənərbaxça – Kasımpaşa 2:1
Qollar: M.H.Yandaş, 64. Batşuayi, 90+6 – Poroso, 58.

Konyaspor – Hatayspor 2:0
Qollar: U.Yazğılı, 52. O.Ülgün, 56.

25 fevral

14:30. Sivasspor – Pendikspor
17:00. Fatih Karagümrük – Alanyaspor
17:00. Trabzonspor – Adana Dəmirspor
20:00. İstanbulspor – Beşiktaş

26 fevral

21:00. Qalatasaray – Antalyaspor

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button