Renatın komandası səfərdə xal itirdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 5-ci turunda “Pyast”ı qəbul edib.

Qarşılaşma 0:0 hesabıyla başa çatıb. Renat 63-cü dəqiqədə meydana buraxılıb. O, 88-ci dəqiqədə sarı vərəqə də alıb.

Dadaşovun komandası 5 turdan sonra 5 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button