
Renatın komandası səfərdə uduzdu
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 6-cı turunda “Korona”nın qonağı olub və 0:2 hesabıyla uduzub.
Renat 73-cü dəqiqədə meydana buraxılıb.
Dadaşovun komandası 6 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



