
Renatın komandası kubokda mübarizəni dayandırdı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Türkiyə kubokunda 1/8 final oyununa çıxıb.
Komanda.az xəbər verir ki, komanda “Başakşəhər”in qonağı olub.
Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Başakşəhər” 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Dadaşov start heyətdə meydana daxil olub və 90+1-ci dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin