Renatdan ilk oyunda qol, Coşqun və Vüsaldan…

Türkiyə 1-ci liqasında ilk turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da yeni mövsümdəki ilk matçlarına çıxıblar.

Renat Dadaşovun yenicə müqavilə bağladığı “Ankaragücü” doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Millimizin hücumçusu 67-ci dəqiqədə meydana buraxıldığı bu oyunun 77-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb.

Millimizin digər üzvü Coşqun Diniyev də “Bandırmaspor”da debüt edib. Yarımmüdafiəçi bu oyunun 69-cu dəqiqəsində meydana buraxılıb. Komandası isə yekunda 3:2 hesablı qələbəyə sevinib.

Daha bir azərbaycanlı futbolçu – Vüsal İsgəndərli də “Boluspor”un evdə “İğdır”a 0:1 hesabıyla uduzduğu oyunun iştirakçısı olub. Vüsal 70-ci dəqiqədən etibarən oyuna qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button