Renat “Sportinq”ə qarşı oynamadı

Futbol üzrə Portuqaliya çempionatında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sportinq”lə qarşılaşıb. Dadaşovun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button