Renat penaltini qaçırdı, komandası məğlub oldu
Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“İstanbulspor” – “Alanyaspor” oyununda qonaqlar, “Başakşəhər” – “Hatayspor” matçında isə ev sahibləri qələbəyə seviniblər. Millimizin üzvü Renat Dadaşov “Başakşəhər”lə matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb. Oyunun sonuna artırılan 9-cu dəqiqədə penalti qazanan “Hatayspor”da topun başına Dadaşov keçib, lakin penaltini dəqiq yerinə yetirə bilməyib.
“Kayserispor” “Pendikspor”la oyundan inamlı qələbə ilə ayrılıb. “Qaziantep”lə qarşılaşan “Trabzonspor” da turu qələbə ilə başa vurub.
Türkiyə Super Liqası
15-ci tur
8 dekabr
Qalatasaray – Adana Dəmirspor 3:1
Qollar: Boey, 22. K.Aktürkoğlu, 29. M.İkardi, 90+4-pen – M.Nyanq, 45+4-pen.
9 dekabr
Antalyaspor – Fatih Karagümrük 2:1
Qollar: V.Sarı, 7. A.Buksa, 13 – G.Yalçın, 42.
Samsunspor – Kasımpaşa 4:2
Qollar: M.Mondulmaci, 11; 22. E.Kılınç, 60. O.Ntçam, 75 – Y.Özcan, 90+1. Da Kosta, 90+5.
Beşiktaş – Fənərbaxça 1:3
Qollar: A.Çembrleyn, 24-pen – E.Dzeko, 10. D.Tadiç, 63-pen. S.Şimanski, 90+6.
10 dekabr
İstanbulspor – Alanyaspor 0:1
Qollar: Novaiş, 89-pen.
Başakşəhər – Hatayspor 1:0
Qollar: M.Abeyd, 11.
Kayserispor – Pendikspor 2:0
Qollar: M.Tiam, 61. S.Bahoken, 90+1.
Qaziantep – Trabzonspor 1:3
Qollar: Draquş, 80 – M.Trezeqe, 48; 76. A.Bakasetas, 59.
11 dekabr
21:00. Ankaragücü – Rizəspor
21:00. Konyaspor – Sivasspor
Bizi Facebook-da izləyin