Renat Dadaşovun komandasında yeni baş məşqçi

Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Hatayspor”un yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az klubun rəsmi saytna istinadən xəbər verir ki, komanda Özhan Pulata tapşırılıb. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Həmçinin kluba yeni idman direktoru da təyin olunub. Bu vəzifəni “Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak icra edəcək.

“Hatayspor” hazırda Super Liqada 33 xalla 18-ci pillədə qərarlaşıb.

Kavlak son olaraq “Adanaspor”da baş məşqçi kimi işləyib. Özhan Polat isə onun məşqçi heyətində yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button