Renat Dadaşovlu “Tondela” məğlubiyyətə üzüldü

Futbol üzrə Portuqaliya çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vizela” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

“Tondela” iki turdan sonra 3 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button