Renat Dadaşovdan ilk oyunda məhsuldar ötürmə
Futbol üzrə Azərbaycan millisinin və “Qrasshopper”in hücumçusu Renat Dadaşov əvvəl də formasını geyindiyi İsveçrə təmsilçisinə dönəndən sonra ilk matçına çıxıb.
Komanda.az xəbər verir ki, 23 yaşlı forvard Almaniyanın aşağı liqa komandası “Veen” ilə sınaq qarşılaşmasında forma geyinib.
Almaniyada baş tutan qarşılaşma isveçrəlilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana 46-cı dəqiqədə çıxan Dadaşov həmin dəqiqədə komanda yoldaşı Hayao Kavabenin vurduğu qolun ötürməsini verib.
Xatırladaq ki, Renat iyulun 9-da “Qrasshopper”lə 2+1 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin