Renat Dadaşov əməliyyat olunub

“Ankaragücü”nün azərbaycanlı hücumçusu Renat Dadaşov ən azı 4-6 həftə oynaya bilməyəcək.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Dadaşov sonuncu dəfə ötən həftə birinci liqanın 9-cu turunun “Yeni Malatyaspor”la oyununda (3:0) meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button