Renat Dadaşov Türkiyə klubu ilə anlaşıb

“Qrasshopper”də çıxış edən Renat Dadaşov karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “Hatayspor”la anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Hatayspor”un azərbaycanlı futbolçu üçün İsveçrə klubuna 1 milyon avrodan bir az aşağı məbləğ ödəyəcəyi bildirilir. Azərbaycan millisinin üzvü bu həftə Türkiyəyə gedərək, yeni klubu ilə müqavilə imzalayacaq.

Dadaşov 2022-ci il iyul ayında “Vulverhempton”dan “Qrasshopper”ə keçib. Onun hazırkı klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button