Renat Dadaşov qələbə qolunu Hataya həsr etdi

“Bu, Hatay üçündür”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi “instaqram” hesabında yazıb.

“Hatayspor”da çıxış edən hücumçu Türkiyə Super Liqasının 36-cı turunda, “Ankaragücü” ilə oyunun 90-cı dəqiqəsində fərqlənərək qələbə qolunun müəllifi olub.

Hatay komandası 37 xalla 18-ci pillədə qərarlaşıb. Komanda şəhərdəki zəlzələdən sonra ev oyunlarını Mersində keçirir.

Dadaşov ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button