Remzi üçün seçim: Ya Fransa, ya da…
“Yuventus”un keçmiş yarımmüdafiəçisi Aaron Remzi yeni klub seçimini iki variantla məhdudlaşdırıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 31 yaşlı uelsli futbolçu indi yalnız MLS klublarından “Şarlotte” və Fransanın “Nitsa” komandası arasında seçim edir.
İyulun 26-da “Yuventus” uelsli yarımmüdafiəçi ilə müqaviləyə xitam verib.
Remzi ötən mövsümün ikinci yarısında UEFA Avropa Liqasının finalına yüksəldiyi “Reyncers”də çıxış edib. O, Şotlandiya klubunun heyətində 13 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin