Remzi Fransa klubunda – rəsmi
“Yuventus”dan ayrılan Aaron Remzinin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, uelsli yarımmüdafiəçi karyerasını Fransada – “Nista”da davam etdirəcək. Bu barədə Liqa 1 təmsilçisinin saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib.
Remzi 2019-cu ildən “Yuventus”da oynayırdı.
“Nitsa” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Neftçi”nin potensial rəqiblərindən biridir. “Neftçi” 3-cü təsnifat mərhələsində “Rapid”i keçəcəyi halda, “Nitsa” ilə qarşılaşa bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin