Remzi daha 1 il “Nitsa”da
“Nitsa”nın yarımmüdafiəçisi Aaron Remzi klubla müqaviləsinin müddətini uzadıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, uelsli oyunçunun cari mövsümdəki çıxışı onunla sözləşmənin daha bir il müddətinə uzadılması üçün kifayət edib.
Liqa 1 təmsilçisi 32 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq niyyətindədir.
Remzi 2022/23 mövsümündə “Nitsa”nın heyətində 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin