“Rekordlar yalnız hansısa titul qazananda əhəmiyyətli olur”
AÇ-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turu çərçivəsində Ermənistan yığmasına 9:1 hesabıyla qalib gələn İtaliya millisinin baş məşqçisi Roberto Mançini açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis, seçmə mərhələni dəyərləndirib:
“Gözəl oyunla seçmə mərhələnin son oyununda qələbə qazanmağı bacardıq. Hazırkı zamanda milli komandaların oyununda doqquz qol vuraraq qalib gəlmək mümkün deyil, amma biz bunun üçün əlimizdən gələni etdik. Rekordlar isə yalnız hansısa titul qazananda əhəmiyyətli olur.
Heç vaxt qrup mərhələsinin 10 oyununda qalib gəlməmişdik. Bundan sonra Avropa çempionatının final mərhələsinə hazırlaşacağıq. Turnirə hazırlaşmaq üçün 6 ay vaxtımız var. Təəssüf ki, futbolçulardan bəziləri heyətdən kənarda qalacaq. Eyni tempdə davam etsək, hər şey istədiyimiz kimi olacaq”.
Mançini bu qələbəylə İtaliya millisi tarixində ardıcıl 11 oyunda qalib gələn ilk məşqçi oldu.
Bizi Facebook-da izləyin