Region Liqasının qalibi müəyyənləşdi

AFFA Region Liqasının qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Şirvan” və “Xankəndi” komandaları üz-üzə gəliblər.

Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Xankəndi”nin heyətində Bayram Əliyev (16), Hüseyn Axundov (63) və Elariz Xəlilli (79) dəqiq zərbə müəllifi olub.

Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.

Daha əvvəl baş tutan üçüncü yer uğrunda matçda “Ağstafa Gəncləri” “Göyəzən” kollektivini 5:2 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button