Region Liqasının finalı Şamaxıda
AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Cəbrayıl” və “Qusar” komandaları arasında keçiriləcək ilk yarımfinal oyunu mayın 14-də saat 16:00-da “ASK Arena”da baş tutacaq.
“Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları arasında keçiriləcək ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda təşkil olunacaq.
Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Əvvəlcə – saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə final qarşılaşması baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin