Region Liqasında komandaların sayı artırılır
AFFA-nın baş katibi Sərxan Hacıyev AFFA Region Liqasının 2022/23-cü illər mövsümündə iştirakı təsdiqlənən komandaların nümayəndələri ilə Zoom platforması vasitəsilə görüş keçirib.
Komanda.az xəbər verir ki, baş katib cari mövsümdə AFFA Region Liqasında əvvəlki mövsümlərlə müqayisədə çox sayda komandanın iştirak edəcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
AFFA Region Liqasının 2022/23-cü illər mövsümündə 38 komanda mübarizə aparacaq. Əvvəlki mövsümlərdə iştirak edən 26 komandaya cari mövsümdən daha 12 komanda qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin