Region Liqasında həlledici oyunların təyinatları açıqlanıb

AFFA Region Liqasında 3-cü yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar. Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Region Liqası

3-cü yer uğrunda oyun

22 may

14:00. Göyəzən – Ağstafa Gəncləri

Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

Qəbələ şəhər stadionu

Final

17:00. Şirvan – Xankəndi

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Rəhim Həsənov

Qəbələ şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button