
Region Liqasında həlledici oyunların təyinatları açıqlanıb
AFFA Region Liqasında 3-cü yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar. Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
Region Liqası
3-cü yer uğrunda oyun
22 may
14:00. Göyəzən – Ağstafa Gəncləri
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu
Final
17:00. Şirvan – Xankəndi
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



