Region Liqasında bürünc medalçı bəlli oldu

Bu gün AFFA Region Liqasında 3-cü yer uğrunda oyun keçirilib.

Komanda.az xəbər verir ki, bürünc medallar üçün “Göyəzən”lə “Ağstafa Gəncləri” üz-üzə gəlib. 7 qolun vurulduğu qarşılaşma Ağstafa təmsilçisinin 5:2 hesablı qələbəsi ilə  yekunlaşıb.

Region Liqasında 3-cü yeri tutan “Ağstafa Gəncləri” növbəti mövsümdə 2-ci Liqada iştirak etmək hüququ əldə edib. “Göyəzən” isə 2-ci Liqada mövsümü 13-cü pillədə başa vurmuş “Lerik”lə pley-off  matçı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button