Region Liqası: “Xankəndi” yarımfinalın ilk oyununda qələbə qazandı

“Xankəndi” komandası AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyununda böyükhesablı qələbə qazanıb.

Komanda.az xəbər verir ki, komanda bu gün Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə “Ağstafa Gəncləri”ni 4:0 hesabı ilə məğlub edib. Qolları Pərviz Qaraxanov (2), Elmar Rəhimov və Sərxan Hüseynov vurublar.

Komandalar arasında cavab oyunu mayın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button