Region Liqası: 2-ci pley-off mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı

AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019-cu il mövsümünün ikinci pley-off mərhələsinin cavab oyunlarının keçiriləcəyi vaxt məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşmaların hamısı aprelin 6-da oynanılacaq. Sabah keçiriləcək qarşılaşmalardan sonra növbəti mərhələyə yüksələcək komandaların adlarına aydınlıq gələcək.

Region Liqası, 2-ci pley-off mərhələsi, cavab oyunları

6 aprel

Uğur (Sumqayıt) – Energetik (Mingəçevir)
(ilk oyun 1:3)
Sumqayıt şəhər stadionu. Saat 13:30

Füzuli – FC Baku
(ilk oyun 1:1)
Horadiz Olimpiya Kompleksi. Saat 13:00

Şahdağ (Qusar) – Şirvan (Ağdaş)
(ilk oyun 0:0)
Siyəzən şəhər stadionu. Saat 15:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button