
İngilislər oyununu bu 2 futbolçunun üzərində qurmalıdır – Rednappa görə
“Tottenhem”in keçmiş baş məşqçisi Harri Rednapp DÇ-2022-də iştirak edən İngiltərə milli komandası haqda fikir bildirib.
Komanda.az “Sun Sport”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis “Mançester Siti”nin futbolçuları – Cek Qriliş və Fil Fodeni millinin əsas heyət oyunçuları olaraq görür:
“Qriliş və Foden kimi əla oyunçularımız var. DÇ-2022-də çıxış edən digər komandalar bu oyunçulara sahib olsalar, oyun üslublarını onların üzərində qura bilər”.
İngiltərə millisi DÇ-2022-də yer aldığı B qrupunda 2 turdan sonra 4 xalla ilk pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin