“Bu adam heç vaxt komanda üçün işləməkdən əl çəkmir!”
“Tottenhem”in keçmiş baş məşqçisi Harri Rednapp “Liverpul”un yaponiyalı yarımmüdafiəçisi Vataru Endonu 2023/24 mövsümü üçün İngiltərə klublarının ən yaxşı transferi adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis yaponiyalı yarımmüdafiçinin mövsümün ən yaxşı transferi olduğunu bildirib:
“Bəli, deyə bilərik ki, Endo mövsümün ən yaxşı transferidir. O, “Mançester Siti”yə qarşı oyunda əla idi. Bu adam heç vaxt komanda üçün işləməkdən əl çəkmir! Deyəsən, illərdir “Liverpul”da oynayır. Klubun skautları Vatarunu tapmaqda yaxşı iş görüblər”.
Vataru Endo yay transfer pəncərəsində Almaniyanın “Ştutqart” klubundan “Liverpul”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin