Rebrov: “Bu meydanda beş qol vurmaq asan deyil”

DÇ-2026-nın seçmə mərhələsinin matçında Ukrayna millisi səfərdə İslandiya yığmasını 5:3 hesabı ilə məğlub edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalıların baş məşqçisi Sergey Rebrov oyundan sonra nəticəni şərh edib:

“Çox çətin oyun olacağını bilirdik. Uşaqlara minnətdaram. Burada bütün komandalara oynamaq çox çətindir və bu meydanda beş qol vurmaq həqiqətən də asan deyil”.

Səfərdəki qələbədən sonra Ukrayna millisi 4 xalla qrupunda ikincidir. Fransa yığması 9 xalla liderdir. İslandiya yığması 3 xalla üçüncü, Azərbaycan millisi 1 xalla sonuncudur.

Ukrayna millisi oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələ oyununda Azərbaycan yığmasıyla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button