
“Real”ın təyyarəsi fırtınaya düşdü
“Real” və komanda heyəti nəhayət ABŞ-ın Nyu-York şəhərinə çatıb. Komanda burada Klublararası dünya çempionatının yarımfinalında PSJ ilə qarşılaşacaq.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, fırtınalı hava şəraiti səbəbindən “Real”ın təyyarəsi iki saatlıq gecikmə ilə eniş edib.
Təyyarə uzun müddət havada dövrə vuraraq eniş üçün icazə gözləyib. Məsələyə FİFA-nın da müdaxilə etməsindən sonra nəhayət eniş baş tutub. Yaranan çətinliklərə görə “Real”ın oyun öncəsi mətbuat konfransı da ləğv edilib.
Yarımfinal qarşılaşması bu gün saat 23:00-da start götürəcək. İlk finalçının adı artıq bəllidir. “Çelsi” “Fluminense” üzərində 2:0 hesablı qələbə ilə finala vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



