Neymar: “Allah mənə gözlədiyimdən çox şey verdi”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar karyerasını şərh edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasından razı olduğunu bildirib:

“Reallıq bütün uşaqlıq arzularımı üstələyib. Allah mənə gözlədiyimdən çox şey verdi. Karyeramdan razıyam, bir çox böyük komandalarda oynamışam. İndi mən Braziliya milli komandasının tarixində ən yaxşı futbolçulardan biriyəm, bununla fəxr edirəm. Ölkənizin tarixinə düşmək inanılmaz bir şeydir”.

32 yaşlı forvard “Əl-Hilal”ın sıralarına ötən yay qoşulub. Tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button