“Real”ı tənqid etdi, qovuldu!
“Real”ın 18 yaşlılardan ibarət komandasının baş məşqçisi Alvare Benito postundan göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Benito, İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”ya 0:3 hesabıyla məğlub olan “Real”ın əsas komandası haqda yerli telekanallardan birinə vediyi açıqlama səbəbindən göndərilib.
Benito açıqlamasında “Real”ın futbolçularını tənqid edib:
“Junior Vinisius hər kəsi təəccübləndirir. Gəncdir, ancaq oyunda balansı pozur. Əsas problem də, Kroos kimi, Kazemiro kimi bir dəqiqə də oynamayan futbolçuların meydanda olmasıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin