“Real”la oyunu müharibəyə bənzətdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri komandasının Çempionlar Liqasını tərk etməsi ilə bağlı danışıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, “Real”la oyunu müharibə adlandırıb.

“Bu, müharibə kimi idi. Nə baş verdiyini düşündük. Finala çıxmaq üçün səkkiz ay gözləyirsən və son anda o yoxa çıxır. Çox çətindir. Lakin bu futboldur”.

Yarımmüdafiəçi “Mançester Siti”nin İngiltərə Premyer Liqasına köklənməli olduğunu bildirib:

“Nyukasl”a qarşı (5:0) gözəl oynadıq və irəliləməyə davam etməliyik. “Liverpul”dan heç nə gözləmirik və irəli getməyə davam etməliyik. “Mançester Siti”ni qarşıda üç final oyunu gözləyir və biz mövsümü layiq olduğumuz kimi başa vurmalıyıq”.

“Mançester Siti” Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”a ümumilikdə 5:6 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Finalda “Real” “Liverpul”la qarşılaşacaq.

Premyer Liqanın 35 turundan sonra “Mançester Siti” 86 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. “Liverpul” 83 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button