“Real”la münasibətimiz həmişə xüsusi olacaq” – Kroos
“Real”ın keçmiş yarımmüdafiəçisi Toni Kroos kluba mümkün qayıdışı haqda danışıb.
Komanda.az “Eindach mal Luppen”-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu “Real”la münasibətlərinin həmişə xüsusi olacağını bildirib:
“Kral klubu”na yaxınlığımı nəzərə alsaq, gələcəkdə onlarla nəsə edə biləcəyimi heç vaxt istisna etmərəm. “Real”la münasibətimiz həmişə xüsusi olacaq”.
Kroosun “Real”la müqaviləsi bu il başa çatıb. O, Almaniya millisinin AÇ-2024-ün 1/4 finalında mübarizəni dayandırmasından sonra karyerasını başa vurduğunu açıqlayıb.
Almaniyalı sabiq yarımmüdafiəçi 2014-2024-cü illərdə “Real”da çıxış edib. O, 6 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə isə Avropa superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin