Bellingem o matçda meydanda olmaq istəyir
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem La Liqanın 5-ci turunda “Real Sosyedad”a qarşı keçirəcəkləri oyunda iştirak etmək istəyir. Görüş sentyabrın 14-də keçiriləcək.
Komanda.az AS-a istinadən xəbər verir ki, ingiltərəli futbolçunun bərpası uğurla davam edir və onun matçda iştirakı istisna edilmir.
Avqustun 23-də Bellingemin məşq zamanı sağ ayağının əzələsindən zədə alması və təxminən bir aylıq sıradan çıxdığı məlum olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin