Ramos risk etmək istəmir
“Real”ın zədəli futbolçusu Serxio Ramos mövsümün qalan hissəsini buraxa bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 35 yaşlı müdafiəçi zədəsini daha da ağırlaşdırmamaq üçün mövsümün son oyunlarını buraxa bilər. Ramos İspaniya yığması ilə AÇ-2020-də iştirak etmək istəyir və bu səbəbdən risk etmək niyyətində deyil.
Ramos bu mövsüm La Liqada 15 oyuna çıxıb.
İspaniya milli komandası AÇ-2020-də İsveç, Polşa və Slovakiya ilə qarşılaşacaq.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin