“Real”ın zədəli futbolçusu milliyə çağırıldı
“Real”ın zədəli futbolçusu Qaret Beyl Uels yığmasının DÇ-2022-nin seçmə mərhələ oyunları üçün dəvət alıb.
Komanda.az xəbər verir ki, millinin baş məşqçisi Robert Peyc 32 yaşlı yarımmüdafiəçiyə dəvət göndərib. Bu barədə Uels yığmasının mətbuat xidməti məlumat yayıb.
Beyl hazırda zədəlidir. Yığmanın məşqçilər korpusu futbolçunun seçmə mərhələ oyunlarına qədər sağalacağına ümid edir.
Uels yığması DÇ-2022-nin seçmə mərhələsində noyabrın 13-də Belarusu, 16-da isə Belçikanı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin