Hazardın həkimindən şok açıqlama: “Bir daha futbol oynamamaq ehtimalı var”

“Real”ın zədəli futbolçusu Eden Hazardın həkimi Xose Qonsales Peres açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qonsales, belçikalı yarımmüdafiəçinin böyük ehtimalla, bu mövsümü buraxacağını deyib:

“Hazardın biləyindən üçüncü dəfə əməliyyat olunması təhlükəlidir. Risklidir, bir daha futbol oynamamaq ehtimalı ola bilər. Əməliyyatdan bir ay sonra məşqlərə başlayar, amma matça çıxa bilməz. Yüz faiz sağalmadan oyuna çıxmamalıdır. Oyuna çıxsa, yenidən zədələnmək ehtimalı böyükdür”.

Hazard bu mövsüm “Real”la 14 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button