“Real”ın zədəsini sağaldan 2 futbolçusu məşqlərə başlayıb

“Real” dünən səfərdə “Real Sosyedad”ı 2:0 hesabı ilə məğlub edib. Ertəsi gün Karlo Ançelottinin komandası UEFA Çempionlar Liqasında “Ştutqart”la oyunun hazırlığına başlayıb.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytı madridlilərin məşqindən fotolar yayımlayıb. Saytda zədəsini sağaldan Çud Bellingem və Orelyen Tçuameninin məşqlərə başladığını göstərən video da təqdim edilib.

Bellingem sonuncu dəfə “Real”la avqustun 18-də meydana çıxıb. Tçuameni isə iki həftə meydandan kənarda qalıb.

UEFA Çempionlar Liqasının “Real” – “Ştutqart” matçı sentyabrın 17-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button