“Real”ın yeni transferi ümidləri doğrultmur

“Real”ın yeni transferi Trent Aleksander-Arnold hücum bacarığı ilə tanınsa da, müdafiə qabiliyyəti o qədər də yaxşı deyil.

Komanda.az “Diario Que”-yə istinadən xəbər verir ki, iyunda “Liverpul”dan transfer olunan ingiltərəli futbolçu “Real”da ümidləri doğrultmur. Madridlilərin məşqçilər heyəti 26 yaşlı oyunçunun təkbətək müdafiədə inamsız çıxışından narahatdır. O, Klublararası dünya çempionatında 5 oyunda iştirak edərək, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul” akademiyasının yetirməsinin “kral klubu”na keçidi cəmi 10 milyon avroya başa gəlib, çünki onun “qırmızılar”la müqaviləsinin müddəti iyunun sonunda başa çatacaqdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button