
“Real” yeni baş məşqçi ilə 3 illik müqavilə bağlayacaq
“Real” yeni baş məşqçi ilə razılığa gəlib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” hazırda Leverkuzen “Bayer”ini çalışdıran ispaniyalı mütəxəssis Xabi Alonso ilə üç illik müqavilə imzalayacaq.
Alonsonun mövsüm başa çatdıqdan sonra Madrid təmsilçisinə qoşulacağı bildirilir. O, hazırkı baş məşqçi Karlo Ançelottini əvəz edəcək.
“Real” bu mövsüm UEFA Çempionlar Liqası və İspaniya kubokunda uğursuz çıxış edib. Komanda hazırda La Liqanın turnir cədvəlində lider “Barselona”dan 4 xal geri qalmaqla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



