
“Real”ın yarımmüdafiəçisi sıradan çıxıb
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”la matçda zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın əvvəlindən sona kimi oynayan ispaniyalı oyunçunun vəziyyəti çox da arzuolunan deyil.
Sebalyosun dizində zədə ola bilər. İlkin proqnozlar təsdiqlənərsə, 28 yaşlı oyunçu bir neçə ay meydandan kənar qala bilər. Onun müayinəsi bu günə təyin edilib.
Karlo Ançelottinin komandası İspaniya kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə “Real Sosyedad” üzərində qələbə qazanıb (1:0). Yeganə qolu 19-cu dəqiqədə Endrik vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin