“Real”ın Vinisiusun yerinə iki namizədi var

“Real” Səudiyyə Ərəbistanına keçə biləcək Vinisius Junioru əvəzləməyi artıq düşünür.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, braziliyalı hücumçunun yerinə potensial namizədlər kimi Rafael Leao (“Milan”) və Viktor Gyökereşi (“Sportinq”, Lissabon) hesab edirlər. Hər iki futbolçunun dəyəri 75 milyon avro qiymətləndirilir.

“Kral klubu”nun rəhbərliyi Vinisiusla yeni müqavilə ilə bağlı danışıqlar aparır. Ancaq sözləşmənin şərtləri ilə bağlı razılıq hələ əldə olunmayıb. 24 yaşlı forvard ona “Real”dan qat-qat əlverişli şərtlər təklif etməyə hazır olan Səudiyyə Ərəbistanı çempionatı təmsilçilərinin prioritet hədəflərindən biri olaraq qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button