“Real”ın Vinisius planı
“Real” hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” braziliyalı futbolçu ilə müqaviləni uzatmaq istəyir və artıq təklif hazırlayır.
Vinisiusun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir, ancaq “Real” ona olan marağı azaltmaq üçün sözləşməni uzatmağı düşünür. Bundan əvvəl mətbuat Səudiyyə Ərəbistanı klublarının Vinisiusa böyük məbləğdə pul təklif etmək istəyindən yazmışdı.
24 yaşlı forvardın “Real”la müqaviləsində 1 milyard avroluq satınalma şərti var. O, cari mövsümdə 21 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin