
“Real”ın futbolçusu zədələndi – millinin oyununda
UEFA Millətlər Liqasının 2-ci turunda Ukrayna yığmasını 4:0 hesabı ilə darmadağın edən İspaniya millisi ciddi itki ilə üzləşib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Serxio Reqilon zədələnib. “Real”ın üzvü oyunun 90-cı dəqiqəsində ayaq biləyindən zədə alıb.
Onun vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin