“Real”ın ulduz futbolçusu yenə sıradan çıxdı
İspaniyanın “Real” klubunun hücumameylli yarımmüdafiəçisi Eden Hazard yenidən sıradan çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Zinədin Zidan açıqlama verib.
O, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Atalanta” klubuna qarşı keçirəcəkləri cavab matçından öncə baş tutan mətbuat konfransında, Hazardın yenidən zədələndiyini və bir müddət oynamayacağını bəyan edib. Fransız mütəxəssis belçikalı futbolçunun durumu barədə danışarkən bunları söyləyib:
“Hazard zədədən əziyyət çəkir və tam hazır deyil. Açıqlaya bilmədiyim şeylər var. Pozitiv olmağa çalışıram və problem çıxarmaq istəmirəm. Nəsə düz getmir. Həyatı boyunca heç zədələnmədi, yalnız kiçik zədələri olub. Bu, yeni bir şeydir. Həqiqətən səbəbini açıqlaya bilmirəm. Ən qısa müddətdə sıraya dönməsi üçün köməyimizi əsirgəməməyə çalışırıq”.
Qeyd edək ki, Hazard İspaniya La Liqasının 27-ci turunda “Elçe”yə 2:1 hesabıyla qalib gəldikləri oyunda son 15 dəqiqədə meydana olmuşdu.
Bizi Facebook-da izləyin