
“Real” braziliyalı futbolçunu saxlamaq istədiyinə əmin deyil
“Real”ın transfer planları ilə bağlı təfərrüatlar açıqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu “Benfika”nın sol cinah müdafiəçisi Alvaro Karrerasın transferi ilə bağlı sövdələşməni başa çatdırıb və futbolçu ilə müqavilə bağlamağa yaxındır. Bunun üçün “Real” Portuqaliya klubuna təzminat ödəyəcək.
Eyni zamanda, “kral klubu” braziliyalı cinah oyunçusu Rodriqonu komandada saxlamaq istəyinə əvvəlki kimi əmin deyil. Klub braziliyalı futbolçu ilə yollarını ayıracağını və onu əvəz etməyə hazır olacağını istisna etmir.
Karreras son mövsümdə “Benfika”nın heyətində bütün turnirlərdə 50 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Rodriqo son mövsümdə bütün yarışlarda 50 matçda 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin



