“Real”ın tarixi rəqiblərə təzyiq göstərir”

“Real”ın yarımmüdafiəçisi Kazemiro Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmasının nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu, “Real”ın ÇL matçlarına xüsusi hazırlaşdığını bildirib:

“Real” 13 dəfə Çempionlar Liqasının qalibi olub. Ona görə də, klubun tarixi avrokuboklarda rəqiblərimizə təzyiq göstərir. Komandamız Çempionlar Liqasındakı oyunlara xüsusilə ciddi hazırlaşır. Çempionlar Liqasında “Real”la oynayanda başa düşürsən ki, səni çətin oyun gözləyir. “Real”ın tarixi rəqiblərə təzyiq göstərir”.

“Real” Çempionlar Liqasının 1/4 mərhələsində “Çelsi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button